Bu il dövlət büdcəsinə edilmiş gömrük ödənişlərinin həcmi açıqlanıb

Bu il dövlət büdcəsinə edilmiş gömrük ödənişlərinin həcmi açıqlanıb
# 03 mart 2021 14:00 (UTC +04:00)

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR