Bu ilin I rübündə büdcə xərclərinin təxminən yarısı sosialyönümlü olub

Bu ilin I rübündə büdcə xərclərinin təxminən yarısı sosialyönümlü olub
# 21 aprel 2021 11:07 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 48%-i və ya 2 651,6 mln. manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəlib.

"APA-Economics"ə Maliyyə Nazirliyindən verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 mln. manat və ya 5,2% çoxdur.

2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Qeyd edək ki, 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 414,8 mln. manat proqnoza qarşı 5 523,7 mln. manat və ya 102% icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR