Bu ilin sonunadək Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilə bilər

Bu ilin sonunadək Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilə bilər
  • Clock-gray 12:52
  • calendar-gray 03 Noyabr 2020

Türkiyə və Azərbaycan arasında Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulub.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək Türkiyə ilə Azərbaycan, Çin, Rusiya, İtaliya, Bolqarıstan, Macarıstan, Belçika, Finlandiya, Seneqal və Efiopiya arasında birgə hökumətlərarası komissiya və komitə iclaslarının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 32,5% artaraq 4,510 mlrd. ABŞ dolları təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə iki ölkə ticarət mübadiləsinin həcmi 3,238 mlrd. dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər