Büdcə layihələri və xarici dövlət borcu barədə məlumat parlamentə təqdim edilənədək açıqlanacaq

Büdcə layihələri  və xarici dövlət borcu barədə məlumat parlamentə təqdim edilənədək açıqlanacaq
# 27 fevral 2020 18:17 (UTC +04:00)

Azərbaycanda növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar Milli Məclisə təqdim edilənədək açıqlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi 2020–2022-ci illərdə növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyinə 2020-2022-ci illərdə Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumatların rəsmi internet səhifəsində açıqlaması da tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR