“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilib

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilib
  • Clock-gray 11:44
  • calendar-gray 29 Dekabr 2020

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddinin müəyyən edilməsi qaydası dəyişib.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalara əsasən də icmal büdcə xərclərinin yuxarı həddi müəyyən ediləcək.

Qüvvədə olan qanuna əsasən, icmal büdcənin yuxarı həddi sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar hesabına müəyyən edilirdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qanun 2021-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Firuzə Vahid

Digər xəbərlər