“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilir

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilir
# 25 dekabr 2020 16:41 (UTC +04:00)

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilir.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddinin müəyyən edilməsi qaydası dəyişir.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalara əsasən də icmal büdcə xərclərinin yuxarı həddi müəyyən ediləcək.

Qüvvədə olan qanuna əsasən, icmal büdcənin yuxarı həddi sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar hesabına müəyyən edilirdi.

Milli Məclisdə qəbul ediləcəyi təqdirdə bu qanun 2021-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR