Büdcədənkənar dövlət fondları barədə yeni qanun layihələri qəbul olunacaq

Büdcədənkənar dövlət fondları barədə yeni qanun layihələri qəbul olunacaq
# 05 aprel 2021 14:24 (UTC +04:00)

Hesablama Palatası Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələri ilə bağlı tənzimlənməyən bir sıra məsələlərin tənzimlənməsi və həmin fondların büdcələrinə effektiv dövlət maliyyə nəzarətinin təmini ilə bağlı tənzimləmələrdəki bəzi boşluqların aradan qaldırılmasını təklif edib.

APA-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, Hesablama Palatası həmçinin, Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələri ilə bağlı tənzimlənməyən bir sıra məsələlərin tənzimlənməsi və həmin fondların icrasına nəzarət mexanizmləri ilə bağlı büdcə qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsini də təklif edib.

Aidiyyəti qurumlardan təqdim edilən məlumatda Hesablama Palatasının təklifləri üzrə müzakirələrin aparılmasının və müvafiq tədbirlərin görülməsinin nəzərdə tutulduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR