Bugünkü valyuta hərracında banklar 48 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 48 mln. dollar cəlb edib
# 12 may 2020 13:50 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 47,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 15,2% və ya 8,6 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR