Bugünkü valyuta hərracında banklar 52 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 52 mln. dollar cəlb edib
  • Clock-gray 12:39
  • calendar-gray 02 İyun 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 51,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 may 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 8,5% və ya 4,8 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər