Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib
  • Clock-gray 12:31
  • calendar-gray 06 Oktyabr 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 56,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,5% və ya 6 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

APA-Economics

Digər xəbərlər