Builki təbii fəlakətlər dünyaya 150 mlrd. dollara başa gəlib

Builki təbii fəlakətlər dünyaya 150 mlrd. dollara başa gəlib
# 28 dekabr 2020 17:20 (UTC +04:00)

2020-ci ildə baş vermiş təbii fəlakətlər nəticəsində bəşəriyyətə 150 mlrd. ABŞ dolları dəyərində zərər dəyib.

"APA-Economics"in "The Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə "Christian Aid" xeyriyyə təşkilatının hesabatında deyilir.

"İqlim dəyişikliyi 2020-ci ildə davam edib. Söhbət Asiyadakı daşqınlar, Afrikadakı çəyirtkə hücumu, həmçinin Avropa və Amerikadakı fırtınalardan gedir", - hesabatda deyilir.

Təbii fəlakətlər nəticəsində il ərzində ən azı 3,5 min insan həyatını itirib, 13,5 mln. çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR