Bəzi şərabçılıq məhsulları üçün bir sıra dövlət rüsumları ləğv edilib

Bəzi şərabçılıq məhsulları üçün bir sıra dövlət rüsumları ləğv edilib
# 31 may 2020 15:28 (UTC +04:00)

Adlar verilən şərabçılıq məhsullarına görə bir sıra dövlət rüsumları ləğv edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsinin (18.62.2 və 18.62.3) ləğvi təklif olunub. Bu, adlar verilən şərabçılıq məhsullarına dövlət reyestrində qeydiyyata alınma üçün 10 manat və attestasiya üçün 10 manat dövlət rüsumunun ləğvini nəzərdə tutur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR