Çin iqtisadiyyatı tənəzzülə uğrayıb

Çin iqtisadiyyatı tənəzzülə uğrayıb
# 23 iyun 2020 12:52 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) iqtisadiyyatı tənəzzülə uğrayıb.

"APA-Economics"in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, "CBB International"ın araşdırmasına əsasən, Çinin ÜDM-i cari ilin II rübündə illik nisbətdə 6,8% azalıb ki, bu da iqtisadiyyatda tənəzzülün başlandığını göstərir.

Zəif qlobal tələbat ÇXR iqtisadiyyatının artımının qarşısını alan əsas amildir.

Bununla yanaşı, sənaye şirkətlərinin qazancı, kapital xərcləri və pərakəndə satış kimi əsas iqtisadi göstəricilərin bu ilin I rübü ilə müqayisədə bir qədər yaxşılaşdığı qeyd olunur.

Çin hakimiyyəti koronavirus pandemiyası fonunda 2020-ci ildə ÜDM-in artım hədəflərini hələ müəyyən etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR