Çinin iqtisadi artım templəri 40 ilin minimumuna enib

Çinin iqtisadi artım templəri 40 ilin minimumuna enib
# 18 yanvar 2021 10:44 (UTC +04:00)

COVID-19 pandemiyası fonunda Çin iqtisadiyyatının artım templəri 40 ilin ən aşağı səviyyəsinə enərək 2020-ci ildə 2,3% təşkil edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat verir.

Bundan daha zəif artım tempi sonuncu dəfə 1976-cı ildə qeydə alınmışdı, həmin il Çin iqtisadiyyatı 1,6% azalmışdı.

Dövlət Statistika İdarəsinin hesabatında qeyd edilir ki, 2020-ci ilin IV rübündə ölkədə ÜDM 6,5% artıb. Məlumata görə, ötən il Çində ÜDM istehsalı 15,66 trln. ABŞ dollarına bərabər olub. Aqrar sektor 3% artaraq 1,19 trln. dollara, sənaye 2,6% artaraq 5,92 trln. dollar, xidmət sahəsi isə 2,1% artaraq 8,54 trln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR