"Citigroup": Yaxın gələcəkdə ABŞ dolları dəyərdən düşməyə başlayacaq

"Citigroup": Yaxın gələcəkdə ABŞ dolları dəyərdən düşməyə başlayacaq
# 19 noyabr 2020 11:09 (UTC +04:00)

Ən yaxın gələcəkdə valyuta dəyişəcək və ABŞ dolları dəyərdən düşməyə başlayacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" beynəlxalq maliyyə konqlomeratı olan "Citigroup"un mütəxəssislərinin proqnozuna istinad yazır.

Ekspertlər Avstraliya dolları və Norveç kronunun tezliklə bahalaşmağa başlayacağını iddia edir. Analitiklərin fikrincə, bir çox insan sadəcə bu valyutaların qlobal iqtisadiyyat bərpa olunduqdan sonra bahalaşacaq xammallarla bağlı olduğu üçün onlara investisiya yatırmaq istəyəcək. Bundan əlavə, mütəxəssislərin vurğuladığı kimi, Norveç Mərkəzi Bankı olduqca aqressiv bir siyasətə köklənir, kron isə hazırda lazımi səviyyədə qiymətləndirilmir.

Dolların dəyərdən düşməsi COVID-19-a qarşı kütləvi peyvəndlərə başlaması ilə əlaqəli olduğu güman edilir ki, bu da iqtisadi artımı stimullaşdıracaq və ABŞ valyutasına tələbatı azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR