"Cənub Qaz Dəhlizi" mənfəətini 70% artırıb

"Cənub Qaz Dəhlizi" mənfəətini 70% artırıb
  • Clock-gray 17:42
  • calendar-gray 02 İyul 2020

Ötən il "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) gəlirləri 452 610 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 78,5% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin 2019-cu ilin konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Hesabata əsasən, QSC-nin ümumi mənfəəti isə 70% artaraq 205 335 min dollar olub.

Bu il yanvarın 1-nə QSC-nin cəmi aktivləri 12 655 978 min. dollar təşkil edib ki, bu da ötən il yanvarın 1-i olan göstəricisi ilə müqayisədə ilə müqayisədə 1,78% azdır.

Xatırladaq ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Prezidenti 29 oktyabr 2013-cü il tarixində "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (SD2), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (SCPX), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin (birlikdə "Layihələr") səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Dövlət (Azərbaycan İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir ("Şahdəniz" və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulmuşdur).

Emil İsmayılov

Digər xəbərlər