Çuvaş istehsalçıları Azərbaycan bazarına maraq göstərirlər

Çuvaş istehsalçıları Azərbaycan bazarına maraq göstərirlər
# 28 iyul 2020 11:27 (UTC +04:00)

İyulun 23-də Çuvaş Respublikasının İxraca Dəstək Mərkəzində (İDM) çuvaş sahibkarların və Azərbaycandan olan potensial alıcıların ilk vebinarı keçirilib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov və Rusiyanın Azərbaycandakı İxrac Mərkəzinin məsləhətçisi Nikolay Bondov iştirak edib.

Çuvaş tərəfindən altı çuvaş şirkəti - elektrik avadanlıqları və qapı istehsalçıları yeni əlaqələrin qurulmasına maraq göstərib. Həmçinin, vebinarda "Delovaya Rossiya " və "Opora Rossii" ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Vebinarın moderatoru İDM-nin rəhbəri Aleksandr Maslov olub.

Qeyd edək ki, mərkəz xarici tərəfdaşlarla virtual danışıqları davam etdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR