DGK 187 min manatlıq proqram təminatı alır

DGK 187 min manatlıq proqram təminatı alır
  • Clock-gray 10:28
  • calendar-gray 13 Dekabr 2019

Dövlət Gömrük Komitəsi (DGK) yeni proqram təminatı alıb.

Tender Komissiyasından "APA-Economics"ə məlumatına görə, DGK tərəfindən Komitənin strukturuna daxil olan qurumlarda istifadə edilməsi üçün 1C proqram təminatının alınması, quraşdırılması və tətbiqi xidmətlərinin satın alınması ilə əlaqədar elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderin qalibi "Bins oft" şirkəti olub.

Komitə ilə təşkilat arasında 186 735 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date