DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb

DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb
# 10 dekabr 2019 10:08 (UTC +04:00)

Bu ilin noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 361 014,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 8,6% azdır.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin oktyabr ayı ilə müqayisədə 19,2% azalaraq 89 500,3 min manat olub.

ƏDV üzrə daxilolmalar isə noyabrda aylıq ifadədə 4,5% azalaraq 253 020,5 min manat, aksizlər üzrə 14,5% azalaraq 13 531,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 33,5% artaraq 4 962,3 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR