DGK xətti ilə büdcə daxilolmaları yanvar-fevralda 11%-dək azalıb

DGK xətti ilə büdcə daxilolmaları yanvar-fevralda 11%-dək azalıb
# 10 mart 2021 16:38 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 593 403,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayları ilə müqayisədə 10,5% azdır.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azalaraq 158 832,4 min manat təşkil edib.

Həmçinin, yanvar-fevral aylarında ƏDV üzrə daxilolmalar illik müqayisədə 12,3% azalaraq 408 552,5 min manata enib. Aksizlər üzrə bu göstərici 2021-ci ilin yanvar-fevral aylarında illik 3,8% artaraq 20 245,2 min manat, yol vergisi üzrə daxilolmalar isə illik 19,1% azalaraq 5 773,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR