DGK xətti ilə büdcə daxilolmaları yanvarda 15%-dən çox azalıb

DGK xətti ilə büdcə daxilolmaları yanvarda 15%-dən çox azalıb
# 10 fevral 2021 11:42 (UTC +04:00)

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 282 736,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 15,3%, dekabr ayı ilə müqayisədə isə 19,8% azdır.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin yanvarı ilə müqayisədə 8,6% azalaraq 77 124,7 min manat olub, dekabr ayı ilə müqayisədə isə bu göstərici 25,6% azalıb.

Həmçinin, ötən ay ərzində ƏDV üzrə daxilolmalar 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 17,9% azalaraq 193 741,1 min manat (dekabr ayı ilə müqayisədə 15,9% az), aksizlər üzrə 5,9% azalaraq 9 107,1 min manat (dekabr ilə müqayisədə 40,8% az), yol vergisi üzrə daxilolmalar isə 26,4% azalaraq 2 763,6 min manat (dekabr ilə müqayisədə 16,6% az) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR