DSMF gələn il əhaliyə 5 mlrd. manatdan çox ödəniş edəcək

DSMF gələn il əhaliyə 5 mlrd. manatdan çox ödəniş edəcək
# 24 dekabr 2020 10:35 (UTC +04:00)

2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə 5 004,79 mln. manat ödəniş edəcəyi proqnozlaşdırılır. Bu, Fondun xərclərinin 97,3%-ni təşkil edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

Qeyd edilir ki, bu göstərici 2019-cu ilin icra göstəricisindən 1 161,65 mln. manat və ya 30,2%, 2020-ci ilin proqnoz göstəricisindən isə 360,03 mln. manat və ya 7,8% çoxdur.

DSMF-in xərclərinin 4 880,04 mln. manatı və ya 94,8%-i, əhaliyə ödənişlər üzrə xərclərin isə 97,5%-i isə əmək pensiyalarının ödənilməsi üçün sərf ediləcəkdir ki, bu da 2019-cu ilin icra göstəricisindən 1 132,56 mln. manat və ya 30,2%, 2020-ci ilin proqnoz göstəricisindən isə 336,73 mln. manat və ya 7,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR