Daşınmaz əmlakın icbari sığortası üzrə ötən ilin yanvar-noyabrında 39 mln. manata yaxın yığım təmin edilib

Daşınmaz əmlakın icbari sığortası üzrə ötən ilin yanvar-noyabrında 39 mln. manata yaxın yığım təmin edilib
# 14 yanvar 2021 12:17 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb.

Assosiasiyadan “APA-Economics”ə verilən məlumata görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 478 ədəd müqavilə bağlanıb. 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb.

Qeyd edək ki, 2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir.

2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38,6 mln. manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,5 mln. manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3,7 milyon manat ödəniş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR