Deputat: "ARDNF-in vəsaitlərinin xaricdə saxlanması Azərbaycanda makroiqtisadiyyata müsbət təsir üçün tətbiq olunan mexanizmdir"

Deputat: "ARDNF-in vəsaitlərinin xaricdə saxlanması Azərbaycanda makroiqtisadiyyata müsbət təsir üçün tətbiq olunan mexanizmdir"
# 15 dekabr 2020 11:43 (UTC +04:00)

“Fiziki şəxslərin banklarda olan 20 minə qədər məbləğinin sığortalanması ilə bağlı məbləğin az olması barədə fikirlər var idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.

Deputat bildirib ki, ümumilikdə Azərbaycanda 850 mindən çox fiziki şəxs var ki, onlar sahibkardır: “Ümumilikdə qanunda nəzərdə tutulan fiziki şəxslərin banklarda olan 20 min manata qədər vəsaitinin sığortalanması 17 milyard manatı əhatə edəcək ki, bu da hazırda kifayət qədər yaxşı rəqəmdir”.

Deputat hüquqi şəxslərin banklarda olan vəsaitinin sığortalanması ilə bağlı məsələyə də münasibət bildirib: “Hüquqi şəxslərin imkanı var ki, bank seçimi edə bilsin. Hüquqi şəxslərin vəsaitlərinin sığortalanması qanunvericilikdə yeni yanaşmadır. Buna bəlli müddətdən sonra qayıda bilərik. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında əsas prinsip məsuliyyəti əsasən bankların daşımasının təmin etməkdən ibarətdir. Dövlətin burada əsas yükü fonda kömək etməkdən ibarətdir. Son zamanlar Mərkəzi Bamk fonda köməyi kredit formasında edib”.

T. Mirkişili Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə saxlanması məsələsinə də toxunub: “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin xaricdə saxlanması Azərbaycanda makroiqtisadiyyata müsbət təsir etmək üçün tətbiq olunan mexanizmdir. Rusiyada bu mexanizm tətbiq edilmir, bu da iqtisadiyyatda təlatümlərə səbəb olur. Vəsaitin təxminən 70%-ə yaxını Azərbaycan iqtisadiyyatına sərf olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR