Deputat: "Bank faizlərinin aşağı salınması vacibdir"

Deputat: "Bank faizlərinin aşağı salınması vacibdir"
# 09 dekabr 2020 12:23 (UTC +04:00)

“Əmanətlərin tam sığortalanması ilə bağlı qanuna edilən dəyişikliklər qənaətbəxşdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Rüfət Quliyev deyib.

O bildirib ki, maliyyə bu gün iqtisadiyyatın bel sütunudur: “Maliyyə siyasətinin 90-95 faizi investisiyalardır. Bank faizlərinin aşağı salınması vacibdir. Bununla insanlar rahat iş görə bilərlər. Mərkəzi Bankın sədrindən bu məsələyə münasibət bildirməsini xahiş edərdim. İkincisi, qələbədən sonra Qarabağ regionunu bərpa etmək üçün kifayət qədər çox məbləğ lazım olacaq. Burada yük təkcə dövlətin üzərinə düşməməlidir. Kifayət qədər əməlisaleh sahibkar var. Bu gün Hindistandan bir şəxs var ki, Qarabağda evlər tikib, turizm obyekti yaratmaq istəyir. İstər ölkə daxilinə, istərsə də xaricdə belə sahibkarların sayı kifayət qədər çoxdur”.

Deputat qeyd edib ki, bir neçə şəxsin əmanətlərin qaytarılması isə bağlı müraciətinə banklar tərəfindən cavab verilməyib: “Çox vaxt qorunmayan əmanətlərin məbləği kiçik olanda onları tez qaytarırlar. Bu məsələdə problem yoxdur. Şəxsən kiçik məbləğdə əmanətimin qaytarılması ilə bağlı banka getmişəm, özümü təqdim etməmişəm və həmin əmanət qaytarılıb. Digər insanların da əmanətləri gözümün qabağında dərhal qaytarılıb. Eyni zamanda mənə müraciət edən vətəndaşların şikayəti ilə bağlı da mən də aidiyyəti qurumlara müraciət edirəm. Ancaq mənim də məktubuma cavab verilmədiyi üçün mən komitə iclasında bu məsələ ilə bğlı çıxış etməyə məcbur oldum. Halbuki deputatın məktubuna 30 gün ərzində qurum tərəfindən cavab verilməlidir. Mən müraciətlərimin vaxtında niyə cavablandırılmamasının səbəbini bilmək istəyirəm. Təklif edirəm ki, qanun layihəsi plenar iclasın müzakirəsinə çıxarılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR