Deputat: “Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaq deyil”

Deputat: “Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaq deyil”
  • Clock-gray 12:57
  • calendar-gray 01 May 2020

“Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. 

O bildirib ki, hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxıb: “Ancaq bu təklif və tövsiyələr illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”.

 

Firuzə Vahid

Digər xəbərlər