Deputat: "Vergilərin məqsədi pul yığmaqdan ibarət deyil"

Deputat: "Vergilərin məqsədi pul yığmaqdan ibarət deyil"
# 01 fevral 2021 16:58 (UTC +04:00)

“Vergilərin məqsədi pul yığmaqdan ibarət deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, vergidən azadetmə də müddətlidir: “Həmin sahə inkişaf edəndən sonra vergilər yığılır”.

Deputat bildirib ki, Azərbaycanda qızılın istehsalı sikkə, külçə şəklindədir: “Edilən dəyişiklik isə həmin sahənin təşviq edilməsi ilə bağlıdır. Məsələn, Azərbaycan istehsalı olan sikkə alacağıqsa, biz bunu xarici məhsuldan 18 %-ə qədər ucuz alacağıq. Burada məqsəd yalnız vətəndaşın rahatlığını təmin etməkdir. 20 qram qızılla bağlı olan dəyişiklik də onun aksiz dərəcəsindən azad olunması ilə bağlıdır. Bu, tamamilə vergidən azadetməni nəzərdə tutmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR