Deputat: "Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq"

Deputat: "Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq"
  • Clock-gray 11:57
  • calendar-gray 15 Dekabr 2020

Əmanətlərin yarısının sığortalanması gələcəkdə problemlərə səbəb olacaq.

APA-nın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, əmanətləri sığortalanmayan əmanətçilərin banklara etibarı qalmayacaq.

“Əmanətçi banklara güvənir və bu vəsaiti banka gətirir. Ancaq bu etibar olmasa, əmanətçilər vəsaiti çəkəcək və sandıqda saxlayacaq. Yenə də sərbəst pullar dövriyyəyə çıxmayacaq. Məsələn, bu gün ABŞ-da sərbəst pul yoxdur. Vətəndaşların əmanətləri hamısı banklardadır”, - deyə deputat vurğulayıb.

Firuzə Vahid

Digər xəbərlər