Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları gələn il 7,2 mlrd. manatdan çox olacaq

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları gələn il 7,2 mlrd. manatdan çox olacaq
# 21 dekabr 2020 15:24 (UTC +04:00)

2021-ci ildə Azərbaycan Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 2020-ci ili gözlənilən göstərici ilə müqayisədə 0,8% artaraq 7,25 mlrd. manata çatacağı proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Bu il proqnozlaşdırılan daxil olmaların məbləği 7,19 mlrd. manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 mlrd. manatı qeyri-neft sektorunun, 21,7%-i və ya 1,58 mlrd. manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 mlrd. manat (75,1%) və 1,8 mlrd. manata (24,9%) bərabər olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR