Dövlət büdcəsindən gələn il mənzil və kommunal xərclərə ayrılacaq vəsaitin məbləği açıqlanıb

Dövlət büdcəsindən gələn il mənzil və kommunal xərclərə ayrılacaq vəsaitin məbləği açıqlanıb
  • Clock-gray 12:56
  • calendar-gray 21 Dekabr 2020

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində mənzil və kommunal xərcləri üzrə 262,8 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,7 mln. manat və ya 5,9% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Qeyd olunub ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9% təşkil edəcək. Həmin mənbədən dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (su və istilik təchizatı, lift təsərrüfatı üzrə qiymət tarifləri) yaranmış zərərin örtülməsi üçün “Azərsu” ASC-yə 38 mln. manat, “Azəristiliktəchizat” ASC-yə 26 mln. manat, lift təsərrüfatına 5 mln. manat, cəm olaraq 69 mln. manat subsidiya proqnozlaşdırılıb.

Mənzil kommunal xərclərinin 84 mln. manatı və ya 32%-i rayon və şəhər mərkəzlərində və qəsəbələrdə dövlətin balansında olan yaşayış binalarının əsaslı təmiri, abadlıq işlərinin həyata keçirilməsi, yaşıllıqların salınması, onlara xidmət və landşaft quruluşu, küçələrin işıqlandırılması və digər işlərin yerinə yetirilməsinə yönəldiləcəkdir.

Bununla yanaşı, mənzil və kommunal təsərrüfatı xərc bölməsindən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara 41 pul kompensasiyasının verilməsi ilə bağlı xərclər üçün 35 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

APA-Economics

Digər xəbərlər