Dövlət büdcəsindən iqtisadi fəaliyyətə gələn il 1 mlrd. manatadək ayrılacaq

Dövlət büdcəsindən iqtisadi fəaliyyətə gələn il 1 mlrd. manatadək ayrılacaq
# 21 dekabr 2020 14:31 (UTC +04:00)

2021-ci il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclərə (dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər istisna olmaqla) 912,5 mln. manat vəsait nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,2% təşkil edəcək. Növbəti ilin dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclər üzrə nəzərdə tutulan vəsaitin 208,7 mln. manatı nəqliyyat və rabitə xərclərinə, 55,4 mln. manatı iqtisadi və kommersiya fəaliyyətinə, 1,6 mln. manatı tikinti xərclərinə, 15,1 mln. manatı geodeziya və faydalı qazıntılar xərclərinə, 1,5 mln. manatı iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar xərclərinə, 628,3 mln. manatı iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərin maliyyə təminatı üçün proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR