Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
# 16 may 2020 09:51 (UTC +04:00)

Azərbaycan Respublikasının 2019-cu ildə dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb.

APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 061,7 min manat, xərcləri isə 24 milyard 425 milyon 914,0 min manat məbləğində olub.

2019-cu ilin dövlət büdcəsində 207,8 milyon manat məbləğində kəsir (defisit) yaranıb. Bu da proqnozlaşdırılan 2022,0 milyon manat kəsirdən 1814,2 milyon manat və ya 9,7 dəfə azdır. Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR