Dövlət büdcəsinin icrasında 2,3 mlrd. manatlıq profisit yaranıb

Dövlət büdcəsinin icrasında 2,3 mlrd. manatlıq profisit yaranıb
# 13 may 2020 13:28 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 9 574,2 mln. manat, xərcləri 7 267,7 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,6%, xərcləri isə 0,7% artıb. Büdcənin icrasında 2 306,5 mln. manatlıq və ya ÜDM-in 10,3%-i qədər profisit yaranıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 22 400,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR