Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb

Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
# 01 mart 2021 17:42 (UTC +04:00)

Bu ilin martın 1-nə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 1 696 943 791 manat məbləğində 32 326 ipoteka krediti verilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Fondun açıqlamasında deyilir.

Bildirilib ki, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 231,27 mln. manat təşkil edib.

Qeyd edək ki, təkcə fevral ayında Fondun xətti ilə 556 ədəd 39 593 879 manat məbləğində ipoteka kreditləri verilib. Bu göstərici yanvar ayı müqayisədə 2,4 dəfə çoxdur.

Xatırladaq ki, İKZF-nin xətti ilə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR