Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib
# 09 iyun 2020 09:32 (UTC +04:00)

Bu il Azərbaycan iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda 2,6% azalacağı gözlənilir.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə ölkədə ÜDM istehsalı 2,2% artacaq. Neft qiymətlərinin sabitləşəcəyini gözləyən bank, bu səbəbdən ölkədə iqtisadi aktivliyin 2021-ci ildə artacağını proqnozlaşdırır.

Hesabata görə, koronavirus pandemiyası Azərbaycanda büdcə xərclərinin səhiyyəyə yönələn vəsaitlərin artmasına, vergi ödəyiciləri üçün vergi ödəmələrində təxirə salınmanın təmin olunmasına və əhalinin sosial müdafiəsi tədbirlərinin genişlənməsinə görə artacaq.

Bundan əlavə, Dünya Bankının gözləntilərinə görə, neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə strateji investisiya planlarını genişləndiriləcək.

Qeyd edək ki, bankın bundan əvvəlki proqnozuna (aprel ayında dərc olunan) əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 0,2% azalacağı, 2021-ci ildə isə 2,2% artacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR