Dünya Bankı Azərbaycanın büdcə kəsiri üzrə proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanın büdcə kəsiri üzrə proqnozunu açıqlayıb
# 31 mart 2021 12:27 (UTC +04:00)

Dünya Bankının yeni proqnozuna əsasən, bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 2,5% təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.

Bank 2022-ci ildə icmal büdcəsinin balansının profisitə qayıdaraq ÜDM-in 2,8%-nə, 2023-cü ildə isə 4%-nə bərabər olacağı proqnozlaşdırır.

Qeyd edək ki, "S&P Global Ratings" reytinq agentliyi Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin bu il 2,1%, 2022 il isə 0,7%-ni səviyyəsində olacağını proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, ötən Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-i təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR