Dünya Bankı: Azərbaycanın istehlak bazarı 2021-2023-cü illərdə stabil artacaq

Dünya Bankı: Azərbaycanın istehlak bazarı 2021-2023-cü illərdə stabil artacaq
# 01 aprel 2021 10:28 (UTC +04:00)

Dünya Bankı bu il Azərbaycanda istehlak bazarının 3,7% artacağını proqnozlaşdırır.

"APA-Economics"in Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə istehlak bazarında 3,6%-lik, 2023-cü ildə isə 3,5% səviyyəsində artım gözlənilir.

Qeyd edək ki, istehlak bazarı dedikdə, Azərbaycanda istehlakçıların şəxsi tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri nəzərdə tutulur.

Xatırldaq ki, 2020-ci ildə ölkədə istehlakçılar 47,9 mlrd. manat dəyərində məhsullar və göstərilmiş xidmətlər alıblar ki, bu da 2019-cu il ilə müqayisədə 8,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR