Dünya Bankı: Azərbaycanın sığorta sektorunun qiymətləndirilməsi koronavirusa görə ləngiyir

Dünya Bankı: Azərbaycanın sığorta sektorunun qiymətləndirilməsi koronavirusa görə ləngiyir
# 19 iyun 2020 12:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) Dünya Bankı ilə birgə bu ilə planlaşdırdığı ölkənin sığorta sektorunun qiymətləndirilməsi COVID-19 pandemiyası səbəbindən ləngiyir.

Bu barədə "APA-Economics"ə Dünya Bankının Azərbaycan nümayəndəliyindən bildirilib. Bankın Bakı ofisindən verilən məlumata görə, ölkə və bankın əməkdaşlığının əhatə etdiyi sahələrdə, xüsusən də maliyyə və xidmət sektorlarında işlər asta templə davam etdirilir: "Sığorta sektorunun qiymətləndirilməsi ilə bağlı yeniliklər cari ilin payızınadək gözlənilmir".

Qeyd edək ki, ilin əvvəlində AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov AMB və Dünya Bankı ilə birgə Azərbaycanın sığorta sektorunun qiymətləndirilməsi prosesinin 2020-ci ildə həyata keçiriləcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 3,5 mlrd. ABŞ dollarından çox kredit ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR