Dünya Bankı: Bu il Azərbaycanın xarici ticarət və xidmət dövriyyəsinin artımı gözlənilir - PROQNOZ

Dünya Bankı: Bu il Azərbaycanın xarici ticarət və xidmət dövriyyəsinin artımı gözlənilir - PROQNOZ
  • Clock-gray 15:31
  • calendar-gray 02 Aprel 2021

Dünya Bankı 2021-ci ildə Azərbaycanın mal və xidmət ixracının 2,1%, idxalının isə 3,5% artacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics" Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir. Bu, ötən (oktyabr) proqnozla müqayisədə müvafiq olaraq, 0,5 faiz bəndi və 2 faiz bəndi çoxdur.

Qeyd olunub ki, 2022 və 2023-cü illərdə ölkədən mal və xidmətlərin ixracı müvafiq olaraq 4,1% və 2,3%, idxalın həcmi isə 3% və 1,7% artacaq.

Xatırladaq ki, Dünya Bankının məlumatına əsasən, COVID-19 pandemiyası fonunda 2020-ci il ərzində Azərbaycanda mal və xidmət ixracı 8,1%, idxalı isə 10,5% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər