Dünya Bankı: COVID-19 dövründə Azərbaycanda insan kapitalına investisiyalar dayanıqlı artımın açarıdır

Dünya Bankı: COVID-19 dövründə Azərbaycanda insan kapitalına investisiyalar dayanıqlı artımın açarıdır
  • Clock-gray 11:34
  • calendar-gray 28 Yanvar 2021

COVID-19 pandemiyası dövründə Azərbaycanda insan kapitalına investisiyalar dayanıqlı iqtisadi artımın açarıdır.

"APA-Economics"in məlumatına görə, bunu Dünya Bankının insan kapitalının inkişafı üzrə Avropa və Mərkəzi Asiya regionunun direktoru Fədia Sədah deyib.

Onun sözlərinə görə, Azərbaycan insan kapitalının inkişafı baxımından bir çox şeyə nail olub: "Azərbaycanda son beş ildə ali məktəblərə qəbul 21% artıb. İcbari tibbi sığortanın tətbiqi tibbi yardım səviyyəsinin istifadəsinin artmasına və səmərəliliyin yüksəlməsinə dəstək olub. Sağlamlıq və təhsil sahəsində mövcud təqaüdlər və maliyyə dəstəyi, yoxsul əhaliyə yönəldilmiş sosial transfertlər və ev təsərrüfatlarına investisiya qoyuluşlarının asanlaşdırması yoxsul əhalinin gəlirlərini 40% artırıb".

F. Sədah onu da qeyd edib ki, Dünya Bankı Qrupu Azərbaycanın insan kapitalına investisiyaların artırılması üzrə iddialı strategiyanı həyata keçirmək üçün texniki və maliyyə dəstəyi verməyə sadiq qalır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər