Dünya Bankı: Gürcüstan iqtisadiyyatı bu il cüzi artacaq

Dünya Bankı: Gürcüstan iqtisadiyyatı bu il  cüzi artacaq
# 10 aprel 2020 14:09 (UTC +04:00)

Dünya Bankının (DB) region üzrə dərc etdiyi yeni proqnozlarına əsasən, bu il Gürcüstan iqtisadiyyatı COVID-19 virusunun pandemiyası fonunda cəmi 0,1% artacaq.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkədə ÜDM-nin artımı 4%, 2022-ci ildə isə 5% səviyyəsində gözlənilir.

2020-ci ildə ölkədə inflyasiya ötən ildəki kimi, 5% səviyyəsində proqnozlaşdırılsa da, 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 4% və 3% qədər yavaşlayacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR