Dünya Bankı İran iqtisadiyyatının 5,3% azalacağını proqnozlaşdırır

Dünya Bankı İran iqtisadiyyatının 5,3% azalacağını proqnozlaşdırır
# 10 iyun 2020 10:48 (UTC +04:00)

Dünya Bankı bu il İran iqtisadiyyatının geniş miqyaslı COVID-19 pandemiyasının daxili istehlaka və xidmət sahələrinə təsiri fonunda 5,3% azalacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics" Dünya Bankının “Global Economic Prospects” adlı hesabatının iyun buraxılışına istinadən bildirir. Bank İran iqtisadiyyatı üzrə proqnozunu illin əvvəli ilə müqayisədə 5,3 faiz bəndi pisləşdirib.

Qeyd edək ki, 2021-ci ildə ölkədə bərpa prosesinin baş verəcəyi və ÜDM-in 2,1% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR