Dünya Bankı: Türkiyə iqtisadiyyatı pandemiyaya rəğmən ötən il 0,5% artıb

Dünya Bankı: Türkiyə iqtisadiyyatı pandemiyaya rəğmən ötən il 0,5% artıb
# 06 yanvar 2021 12:20 (UTC +04:00)

Dünya Bankının ilkin qiymətləndirməsinə görə, COVID-19 pandemiyasının iqtisadiyyata əhəmiyyətli təsirinə baxmayaraq 2020-ci ildə Türkiyənin ÜDM-i 0,5% artıb.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

Bildirilir ki, 2021-ci ildə yerli tələbatın tədricən artması sayəsində ölkədə ÜDM-in artım tempi 4,5%-dək sürətlənəcək. 2022-ci ildə isə ÜDM-in 5% artacağı proqnozlaşdırılır.

Bank qeyd edir ki, faiz dərəcələrinin artımına baxmayaraq, Türkiyə lirəsi ABŞ dollarına qarşı rekord səviyyədə minimuma endi, bu da ölkənin xarici balanslarını zəiflədərək əlavə kontrsiklik siyasətin tətbiqini məhdudlaşdırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR