Dünya Bankı qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki səviyyəyə 2-3 ilə qayıdacağını gözləyir

Dünya Bankı qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki səviyyəyə 2-3 ilə qayıdacağını gözləyir
# 09 dekabr 2020 16:56 (UTC +04:00)

COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtmaq üçün qlobal ÜDM istehsalına 2 və ya 3 il tələb oluna bilər.

"APA-Economics"in məlumatına görə, bunu Dünya Bankının Prezidenti Devid Mallas "The Wall Street Journal"ına müsahibəsində deyib.

Onun sözlərinə görə, müddətin məhz 2-3 il çəkməsi əsasən COVID-19-dan ən çox təsirlənən inkişafda olan ölkələrin iqtisadiyyatlarının daha gec bərpa olacağına görə baş verəcək. Mallas bunun əsas səbəbini sözügedən ölkələrin hazırda tənəzzül yaşayan turizm sektorundan və azalan xaricdən pul köçürmələrindən asılı olmasında görür.

Dünya Bankının rəsmisi onu da qeyd edib ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatları gözləniləndən daha sürətli bərpa olsa da, inkişafda olan Çinin daha stabil göstəriciləri mövcuddur və bu ölkə regiona inkişaf etmiş Yaponiyadan daha güclü müsbət təsir göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR