Dünya Bankının Azərbaycandakı aktiv layihə portfeli 1 mlrd. dollara yaxındır

Dünya Bankının Azərbaycandakı aktiv layihə portfeli 1 mlrd. dollara yaxındır
  • Clock-gray 16:33
  • calendar-gray 15 Yanvar 2021

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir.

Bu  barədə "APA-Economics"ə bankın Bakı ofisindən bildirilib.

Qeyd olunub ki, 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Bank ölkəyə 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarisində isə “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.

Qeyd edək ki, “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsi ilkin olaraq 2014-cü ilin iyul ayında təsdiq olunmuşdu və bank tərəfindən Azərbaycana bu layihə üzrə ilkin 100 mln. dollar ayrılmışdı. 2019-cu ildə bankın Azərbaycanda yeni layihələri olmayıb.

Xatırladaq ki, hazırda bankın Azərbaycanda üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədi. Bunlar bank tərəfindən 65 mln. dollar ayrılması gözlənən “Regional əlaqələr və inkişaf” layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dollar ayrılması gözlənən  “Azerbaijan Railways & Logistics Modernization Program” layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən  ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığını artırılmasınına məqsədlənmiş “National Solid Waste Management Project”idir.

Aktiv layihələrə qayıtdıqda, hazırda ən miqyaslı layihə “Üçuncü magistral yol layihəsi”dir (Third Highway Project). Layihənin məqsədi Azərbaycanda Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinə göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarə edilməsini yaxşılaşdırmaqdır. Dünya Bankı 2010-cu ilin mayında sözügedən layihəni təsdiqləyərək Azərbaycana 241,6 mln. dollar, sonra isə 2016-cı ilin mart ayında  “Üçuncü magistral yol layihəsi” üçün əlavə olaraq 140 mln. dollar təsdiqləmişdi.

Beləliklə, bankın sözügedən layihə üzrə öhdəlikləri 381,6 mln. dollar təşkil edib və məbləğin 311,29 mln. dollarını Azərbaycana artıq ödənib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər