Dünya İqtisadi Forumu mayın sonuna keçirilib

Dünya İqtisadi Forumu mayın sonuna keçirilib
# 07 yanvar 2021 16:17 (UTC +04:00)

COVID-19 pandemiyası səbəbindən özünün ənənəvi məkanı olan Davos şəhərində deyil, Sinqapurda baş tutacaq Dünya İqtisadi Forumu (WEF) 2021-ci ilin mayın 13-16-dan 25-28-i tarixlərinə keçirilib.

"APA-Economics" xarici mətbuata istinadən bildirir ki, WEF-in keçirilmə vaxtının dəyişdirilməsinin səbəbləri göstərilməyib.

Bundan öncə WEF-in təsisçisi Klaus Şvab bildirmişdi ki, qlobal liderlərin sammiti iqtisadiyyatı birgə bərpa etməsi baxımından olduqca vacibdir.

Xatırladaq ki, bundan əvvəl forumun 2021-ci ilin yanvar ayının sonuna keçiriləcəyi planlaşdırılsa da, daha sonra pandemiya ilə əlaqədar tədbirin gələn ilin yayın əvvəlinə təxirə salındığı bildirilirdi. Forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR