Dünya mərkəzi bankları fevralda 36 ton qızıl alıb

Dünya mərkəzi bankları fevralda 36 ton qızıl alıb
# 06 aprel 2020 11:28 (UTC +04:00)

Bu ilin fevral ayında dünyada mərkəzi banklar tərəfindən ehtiyatları artırmaq məqsədilə qızıl alışını son bir ay ərzində 30%-ə yaxın artırıb. Ümumilikdə, tənzimləyicilər fevral ayında 36 ton qızıl alıb. "APA-Economics" bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council) məlumatına istinadən xəbər verir.

Məlumata görə, artım yalnız cari ilin yanvar ayı ilə müqayisədə olub. Belə ki, ötən ilin fevral ayı ilə müqayisədə mərkəzi banklar tərəfindən qızıl alışı 52% azalıb. İlin əvvəlindən tənzimləyicilər 64,5 ton qızıl əldə edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 44% azdır.

Hesabat dövründə qızılın alışı üzrə lider Türkiyə olub – 24,8 ton. Onun ardınca isə Rusiya (10,9 ton), Qazaxıstan (1,8 ton) və Qətər (1,6 ton) qərarlaşıb.

Cari ilin yanvar-fevral aylarında ən çox qızıl satan ölkə Özbəkistan olub – 3,1 ton.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR