Dünya ölkələri koronavirus pandemiyası çərçivəsində indiyədək 12 trln. dollarlıq maliyyə dəstəyi göstərib

Dünya ölkələri koronavirus pandemiyası çərçivəsində indiyədək 12 trln. dollarlıq maliyyə dəstəyi göstərib
  • Clock-gray 18:05
  • calendar-gray 06 Oktyabr 2020

Yeni növ koronavirus (COVID-19) pandemiyası başlayandan indiyədək dünya ölkələrinin ev təsərrüfatlarına və şirkətlərə göstərdiyi maliyyə dəstəyi çərçivəsində 12 trln. ABŞ dolları həcmində vəsait ayrılıb.

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristalina Georgiyeva deyib.

Onun sözlərinə görə, indiyədək tətbiq olunmamış pul siyasəti tədbirləri milyonlarla şirkəti kredit axınları ilə təmin edərək onların biznesdə qalmasına imkan yaradıb.

K. Georgiyeva onu qeyd edib ki, pandemiyanın zərərli təsirlərini yumşaldılmasına yönələn tədbirlərin səmərəliliyi də fərqli idi və burada inkişaf etmiş ölkələr daha uğurlu olub: "ABŞ və Avrozona da daxil olmaqla bir çox inkişaf etmiş iqtisadiyyatlar üçün tənəzzül son dərəcə ağrılı olaraq qalır, lakin tənəzzül gözləniləndən daha az şiddətlidir".

Mirsəid İbrahimzadə

Digər xəbərlər