Dünyanın ən səxavətli ölkələrinin reytinqi açılanıb - TOP-5

Dünyanın ən səxavətli ölkələrinin reytinqi açılanıb - TOP-5
# 12 dekabr 2020 16:24 (UTC +04:00)

“Forbes” jurnalı səxavət baxımından dünya ölkələrinin reytinqini hazırlayıb. Siyahı ölkələrdə xeyriyyə məqsədləri üçün edilən ianələrin adambaşına düşən həcmi hesablanıb.

APA-Economics”in “Forbes”a istinadən verdiyi məlumata görə, 2020-ci ildə ən səxavətli ölkə İrlandiya olub. Ən böyük həcmli ianələri irlandiyalılar Navaho və Hopi Ailələrinə Yardım Fonduna (ABŞ-ın yerli xalqları) edib. Sözügedən ianələr bu xalqların 1872-ci ildə Böyük Qıtlıq dövründə İrlandiyaya etdiyi köməyə görə verilib.

Reytinqin ilk beşliyində ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da yer alıb.

Qeyd olunur ki, 2020-ci ildə ianələrin hamısı koronavirus pandemiyası ilə bağlı olmayıb. Koronavirusdan başqa, ianələr ümumi bərabərlik uğrunda mübarizə aparan təşkilatlara da edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR