Elman Rüstəmov: "Azərbaycan əmanətlərin sığortalanması sistemindən optimal şəraitdə çıxır"

Elman Rüstəmov: "Azərbaycan əmanətlərin sığortalanması sistemindən optimal şəraitdə çıxır"
# 24 dekabr 2020 12:26 (UTC +04:00)

“Bu gün makroiqtisadi sabitlik bizə imkan verir ki, əmanətlərin tam sığortalanması sistemindən çıxaq. Artıq əmanətlərin tam sığortalanması özünün vəzifəsini həyata keçirib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, Azərbaycan bu sistemdən optimal şəraitdə çıxır: “99,8 % əhalinin əmanətləri yenə də tam şəkildə sığortalanacaq. 0,2 % əmanətçimiz isə çox yüksək əmanətləri olanlardır. Belə effektli keçid həm əhali, həm də bank sektoruna, bütövlükdə maliyyə sektruna olan etibarın qorunub saxlanmasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR